51
13:12
27 May 2018

Elmar Məmmədyarov fransalı həmkarı ilə görüşdü

Bakıda xarici işlər naziriElmar Məmmədyarovla Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında görüş başlayıb.

APA -nın məlumatına görə, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Fransa XİN rəhbəriAzərbaycan Xalq cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak edəcək.

APA