Cəfər Cabbarlı Mükafatının builki sahibləri müəyyənləşdi - <span style="color:red;">ADLAR
14 may 2018 14:12 (UTC +04:00)

Cəfər Cabbarlı Mükafatının builki sahibləri müəyyənləşdi - ADLAR

 

Mayın 21-də R.Behbudov adına Mahnı Teatrında Cəfər Cabbarlı Mükafatının təqdimat mərasimi keçiriləcək.

 

Cəfər Cabbarlı ev-muzeyindən Lent.az-a verilən məlumata görə, mükafata bu il dörd nəfər layiq görülüb. Belə ki, filologiya üzrə elmlər doktoru, professor  Qəzənfər Paşayev ədəbiyyatşünaslıq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova teatr və kino, “Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncay jurnalistika, Azərbaycan Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev teatr nominasiyaları üzrə bu mükafatı qazanıb.

 

Qeyd edək ki, Cəfər Cabbarlı Mükafatı ilk dəfə C.Cabbarlı Ev Muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı ilə 2001-ci ildə təsis olunub. Mükafat Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. Ədibin yaradıcılığının zənginliyi və incəsənətin müxtəlif sahələrindəki əvəzsiz xidmətləri nəzərə alınaraq, sonrakı illərdə mükafat müxtəlif nominasiyalar üzrə müəyyənləşdirilib. Ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlar, ədəbiyyat və incəsənət xadimləri hər il bu mükafata layiq görülürlər.  

 

 

 

 

 

# 414
avatar

Oxşar yazılar