<b>"Sarkisyanın istefası bir az gec oldu" -</b> <span style="color:red;">Bayram Səfərov
08 may 2018 11:11 (UTC +04:00)

"Sarkisyanın istefası bir az gec oldu" - Bayram Səfərov

"Serj Sarkisyanın istefası bir az gec oldu. Mən onun istefasını daha tez gözləyirdim".

 

APA-nın xəbərinə görə, bunu "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri,  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

 

B. Səfərov bildirib ki, Sarkisyan təkcə Azərbaycanın yox, həm də erməni xalqının düşmənidir: "Sarkisyanla Köçəryan hakimiyyəti əldən verməmək üçün düşmənçilik mövqeyi tutaraq, ermənilərin bu gün səfalət içərisində yaşamasının səbəbkarıdırlar.  Sarkisyan bizim düşmənimizdir. Xocalıda günahsız insanların ölümünə bais olub, əlləri  qana batıb. Özləri də bunu etiraf ediblər. Gün gələcək törətdikləri cinayətə  görə məhkəmə qarşısında cavab verəcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar