126
20:27
07 May 2018

Neft bahalaşdı - üç illik rekord yeniləndi

Dünya birjalarında neft bahalaşmaqdadır.

APA -nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,4% artaraq 76,15 dollar olub.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2014- cü il, noyabrın 27-dən etibarən ilk dəfə olaraq 76 dolları ötüb.