110
10:27
25 Aprel 2018

Aparıcı Zaurun toyunda nələr oldu? - FOTOLAR

Azərbaycanlı aparıcı Zaur Nəbioğlu ötən gün paytaxt məkanlarının birində özünə toy edib. Lent.az -ın məlumatına görə, aparıcının özəl gününə bir çox tanınmış simalar qatılıb. Gecədə iştirak edən məşhurlar öz musiqi hədiyyələrini təqdim ediblər. Toyun ən yadda qalan məqamı isə səbəbkarın şeir deməsi olub.

Xatırladaq ki, Z.Nəbioğlu öz qohumu ilə ailə qurub. O, özəl günündə xanımın fotosunun mediada yer almasına qarşı çıxıb.

Qeyd edək ki, toyda xalq artistləri Mənsum İbrahimov, Nisə Qasımova, Nazpəri Dostəliyeva, Səməd Səmədov, əməkdar artistlər Ədalət Şükürov, Elza Seyidcahan, Babək Niftəliyev, İlkin Əhmədov, müğənnilər Natavan Həbibi, Aysel Əlizadə, Samir Piriyev, Manaf Ağayev, Kamil Cəfərov, Ramal İsrafilov, Kərim Abbasov, Elçin Hüseynov, Roza Zərgərli, Tacir Şahmalıoğlu, Şəbnəm Tovuzlu, Emil Bədəlov, Rəşad İlyasov, rəqqasə Fatimə Fətəliyeva və başqaları iştirak edirdi.