135
17:03
24 Aprel 2018

"Hörmət qazandırmırsa, belə bir qurum lazımsızdır" - Ramiz Mehdiyev

Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”.

APA -nın ATV-yə istinadən verdiyi xəbərə görə, bunu AzərbaycanPrezident Administrasiyasının (PA) rəhbəri, akademikRamiz MehdiyevDövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.

PA rəhbəri Azərbaycan prezidentiİlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: “Möhtərəm prezident hesab edir ki,Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır.Dövlət Miqrasiya XidmətiAzərbaycanın qapısıdır. O şəffaf, açıq və təmiz işləməlidir. ƏgərDövlət Miqrasiya Xidmətihörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”.

APA