126
11:01
22 Aprel 2018

Binəli Yıldırım Novruz Məmmədova zəng edib

Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilənNovruz Məmmədovu təbrik edib.

APA -nın "sonhaberler.com" saytına istinadən verdiyi məlumata görə,Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.

B. Yıldırım və N. Məmmədov Türkiyə və Azərbaycanın "İki dövlət, bir millət" anlayışı ilə əməkdaşlığının davam edəcəyini, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinivurğulayıblar.

APA