
Ceyms Appaturay İlham Əliyevi təbrik etdi
NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay Azərbaycan Prezidenti İlham Əliyevi yenidən bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Lent.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli Prezident İlham Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi NATO-nun baş katibi adından təbrik edirəm.
NATO ilə Azərbaycan Respublikası arasında münasibətlərin qurulması 25 il bundan əvvələ təsadüf edir və bu əməkdaşlığımızın əhəmiyyəti indiyə qədər durmadan artır. Biz sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu, xüsusən də Sizin keçən ilin sonunda NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan sülhməramlılarının sayının artırılması barədə verdiyiniz qərarı yüksək qiymətləndiririk. Həmçinin Sizin Şimali Atlantika Alyansı ilə Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” çərçivəsində dinamik siyasi dialoq və praktiki əməkdaşlıq istiqamətində fəaliyyətinizi alqışlayırıq".
C. Appaturay qeyd edib ki, NATO baş katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi kimi qarşıdan gələn illərdə də Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı və dialoqu daha da inkişaf etdirmək niyyətindədir.
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55