150
12:21
21 Aprel 2018

Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu - YENİLƏNİB

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədriSəməd SeyidovNovruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputatSiyavuş NovruzovdaNovruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyəMilli Məclisadından təşəkkür elan edilməsini təklif edib.

O, həmkarlarınıNovruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

Novruz MəmmədovMilli Məclistərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.

***

12:06

AzərbaycanMilli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.

APA -nın məlumatına görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiriNovruz Məmmədovun namizədliyi irəli sürülüb.

N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spikerOqtay Əsədovtərəfindən elan edilib.

Spiker bildirib ki, Prezidentİlham ƏliyevtərəfindənMilli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib.

Məktubda yeni hökumətə başçılıq etmək üçünNovruz Məmmədovun namizədliyi irəli sürülüb.

Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib.

***

12:01

AzərbaycanMilli Məclisinin növbədənkənar plenar iclası başlayıb.

APA -nın məlumatına görə, iclası spikerOqtay Əsədovaçıq elan edib.

APA