70
10:37
12 Aprel 2018

“Seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq” - Sergey Lebedev

“Azərbaycanda prezident seçkiləri yaxşı hazırlanıb və təşkil olunub”.

APA -nın məlumatına görə, bu sözləriMDBİcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib. O bildirib ki,MDBmüşahidə missiyası martın 20-dən Azərbaycanda işləyir: “Əvvəlcə 20 uzunmüddətli müşahidəçi var idi. Səsvermə ərəfəsində yeni üzvlər də əlavə oldu. Ümumilikdə səsverməni 221 müşahidəçimiz izlədi. Bütün regionları əhatə etdik”.

S. Lebedev Azərbaycanın Seçki Məcəlləsinin beynəlxalq normalara cavab verdiyini söyləyib: “Məcəllə vətəndaşların iradəsini ifadə edir. Bizi hər yerdə xoş niyyətlə qarşıladılar, missiyamızı yerinə yetirmək üçün hər cür şərait yaratdılar. Bizim missiyanın əsas məqsədi dövlətin daxili işinə qarışmaq deyil, ölkənin qanunlarına hörmət etmək idi. İnsanlarda bayram əhval-ruhiyyəsihiss olunurdu. Yaşlı insanlara yardımedirdilər. İlk dəfə səsverməyə gələn gənclərə yol göstərilirdi”.

S. Lebedev qeyd edib ki, bütün namizədlər öz proqramlarını təqdim etmək üçün KİV-ə çıxış əldə edə bilmişdilər: “Bütün bunlarınəsasında biz seçkilərin legitimliyini şübhə altına alacaq faktla rastlaşmadıq.Səsvermə Azərbaycan Seçki Məcəlləsinə uyğun oldu, açıq və şəffaf keçirildi. Namizədlər üçün rəqabət mühiti yaradılmışdı.Bəzi çatışmazlıqlar da oldu, lakin bunlar əsasən texniki xarakterdaşıyırdı”.

MDBParlamentlərarası Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov da qeyd edib ki, Azərbaycanda prezident seçkiləri qanuna uyğun keçirilib: "Qafqazda platforma, proqram deyil, nüfuzlu şəxsiyyətin olması vacibdir. Azərbaycan prezidenti də belə nüfuza malikdir. Seçkilərə çox böyük maraq var idi. Azərbaycan seçki qanunvericiliyini mükəmməlləşdirmək istiqamətində işləri davam edir. Seçki ilə bağlı səlahiyyətli orqanların böyük işini qeyd etmək istəyərdim. Azərbaycan xalqını mükəmməl təşkilatçılığa görə təbrik edirəm".

APA