[b]Nüşabə Ələsgərlinin canlı efirdə halı pisləşdi[/b]
05 aprel 2018 11:53 (UTC +04:00)

[b]Nüşabə Ələsgərlinin canlı efirdə halı pisləşdi[/b]

Əməkdar artist Nüşabə Ələsgərlinin halı pisləşib. Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə qatılan müğənni özünü pis hiss etdiyini diqqətə çatdırıb. Daha sonra isə studiyadan çıxan ifaçıya dərman verilib. Bir az keçdikdən sonra geri qayıdan Ələsgərli tez-tez belə hallara düşdüyünü bildirib:

“Anamın ölümündən sonra tez-tez belə oluram. Deyirəm, bəlkə mən də bacım kimi xərçəng xəstəsiyəm. Boğuluram, su da içə bilmirəm”.

Az keçmədən müğənninin halı yenidən pisləşib və təcili yardım çağırılıb. Həyat yoldaşı Rza bəy də xəbəri eşidib telekanala gəlib.

 

# 382
avatar

Yalçın UĞUR

Oxşar yazılar