2018-ci ilin ən yaxşı filmləri
04 aprel 2018 22:29 (UTC +04:00)

2018-ci ilin ən yaxşı filmləri

“Esquire” jurnalı 2018-ci ilin ilk dörd ayında böyük ekranlara çıxan ən yaxşı filmlərin onluğunu hazırlayıb.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, reytinqdə birinci yerdə Natali Portmanın baş rolda çəkildiyi “Annihilasiya” adlı elmi-fantastik film qərarlaşıb.

 

Populyarlığına görə ikinci yerdə  “Sən heç vaxt burada olmamısan” adlı triller gəlir. Filmdə baş qəhrəmanı canlandıran Xoakin Feniks  Amerikalı senatorun qızını xilas etməyə çalışır.

 

İlk üçlüyü Endi MakDauelin iştirak etdiyi “Ard-arda məhəbbət” romantik melodraması tamamlayır.

 

Onluğa eyni zamanda İranın çəkdiyi “24 kadr” adlı sənədli film, “Paddinqtonun sərgüzəştləri 2”, “Qara pantera”, “Paranormal hal”, “Sevimli ölkə”, “İtlər adası” və “Noyabr” filmləri daxil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar