106
11:56
31 Mart 2018

Azərbaycanlı milyonçuların bazarından saxta pul alan TUTULDU

Rusiyanın Ryazan şəhərində Azərbaycan vətəndaşı saxta əsginaslarla saxlanılıb. Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, onun üzərindən 131 ədəd 1000 rublluq pul götürülüb.

İstintaqa verdiyi ilkini ifadədə o bildirib ki, saxta pulları Moskvada yerləşən “Sadovod” bazarından əldə edib. Məqsədi isə Ryazanda reallaşdırmaq imiş.

Xatırladaq ki, “Sadovod” əslən Quba rayonundan olan milyonçular Qod Nisanov və Zarah İliyevə məxsusdur.