<b>Aygün-Röya qalmaqalı yenidən alovlandı:</b> <span style="color:red;">"Ətim töküldü..." - VİDEO
28 mart 2018 10:43 (UTC +04:00)

Aygün-Röya qalmaqalı yenidən alovlandı: "Ətim töküldü..." - VİDEO

 

Ötən gün xalq artisti Aygün Kazımovanın şou-biznesdə küsülü olduğu məhşurlara sosial şəbəkə vasitəsi ilə etdiyi barışıq jesti birmənalı qarşılanmayıb. Lent.az-ın məlumatına görə, A.Kazımova 2002-ci ildə Heydər Əliyev Sarayında baş tutan “Gələrsiz-görərsiz” adlı konsertdən görüntü paylaşıb və küsülü olduğu müğənniləri işarələyib. Bu isə əməkdar artist Röya Ayxanın xoşuna gəlməyib. Röya öz səhifəsində paylaşım edərək, “Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr” sözlərini yazıb.

 

A.Kazımovanın cavabı da gecikməyib. Müğənni "İnstaqram" hesabında öz videosunu paylaşaraq “Sus!” sözünü qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar