120
13:44
27 Mart 2018

Qubernator Putindən üzr istədi: “Bacım qızının həlak olması xəbərini eşidəndən sonra...”

Rusiyanın Kemerevo vilayətinin qubernatoru “Qış albalıs”ı faciəsinə görə, prezident Putindən üzr istəyib. Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu gün faciə ilə bağlı Kemerevoda keçirilən fövqəladə toplantıda qubernator Aman Tuleyev martın 25-də Putinlə telefon danışığında hadisəylə bağlı ətraflı məlumatı olmadığına görə, prezidentə belə deyib:

“Vladimir Vladimiroviç, baş verənlərə görə, üzrxahlığımı qəbul edin. Sizinlə telefon danışığında faciəylə bağlı geniş məlumata malik deyildim. Sanki hər şey qəfil baş verdi. Ölü sayı ildırım sürətiylə artdı. Bacım qızının həlak olması xəbərini eşidəndən sonra isə tam mənzərə aydın oldu”.

Qeyd edək ki, yanan ticarət mərkəzində 64 nəfər ölüb.