77
05:23
17 Mart 2018

Tanınmış rejissor infarkt keçirib

Tanınmış rejissor, əməkdar incəsənət xadimi Arif Qazıyev infarkt olub.

Lent.az -ın “milli.az”a istinadən xəbərinə görə, rejissorun qızı xəbəri təsdiqləyib.

"Artıq bir neçə aydır ki, Arif müəllim ev şəraitində müalicə alır. Keçirdiyi infarkt onun danışığına da mənfi təsir göstərib. Belə ki, o hələ də yaxşı danışa bilmir. Buna görə də o bütün çəkiliş və televiziya verilişlərindən imtina edir", - deyə rejissorun qızı bildirib.