Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımovdan yeni xəbər var. Lent.az-ın məlumatına görə, sevilən müğənni diləyicilərinə, onun ifasını sevən hər kəsə "I miss you" mahnısını hədiyyə edib. Mahnının sözləri Eldarın özünə, musiqisi Sara A.Dilrubaya məxsusdur. Səs rejissorları Givi Usenashvili, Aysel Məmmədova, klipin çəkilişi PrimePix Mediaya, İlkin Shirinli, Murad Qurbanova aiddir. Klipin çəkilişi “Hilton Baku Hotel”, “River Inn Boutique Hotel” də baş tutub. Klipdə Azərbaycanın xalq artisti Şükufə Yusupova, Vadim Kutukova, Elvin Bayramova, Alina Nəzərovaya, Ferdinanda, Rüstəm Cabbarova, Anar Məmmədbəyova, Krisitina Məmmədbəyova, Pərviz Məmmədov çəkiliblər.
Eldar Qasımov bildirib ki, mahnının bəstələnmə tarixi öz başlanğıcını 2011-ci ildən götürür. “Running Scared” (“Eurovision 2011”-winning song) mahnısında ruhlanan gənc bəstəkar Sara A. Dilruba sevginin dadının və qələbənin sevincini hiss etdirəcək mahnı bəstələmək qərarına gəlir. Gənc bəstəkarı bəstələdiyi mahnını Eldarın ifasında eşitmək istəyi yaranır. Onlar çoxdan tanış olsalar da, yalnız bir neçə il əvvəl birgə işləmək qərarına gəliblər. Onların bəstələdiyi mahnı haqqında ilkin fikirlər, "sevimli", "düzgün" və "kövrək" idi. Müğənni mahnıda nə barədə danışmaq istədiyi barədə düşünürdü. Bütün ay ərzində vərəqdə yalnız 1 sətir mövcud idi. İdeya yox idi, həvəs yox idi, insanları heyran etmək fikri ona rahatlıq vermirdi. 1 aydan sonra, nəhayət ki, Eldar özü haqqında olan önyarğısından qurtulmağı bacardı. Birdən ani olaraq müğənni 1 saata mahnının bütün sözlərini yazmağı bacarır. Bu inanılmaz idi: “Daima içimdə olan boşluq, birdən-birə müxtəlif fikirlərlə doldu və bu fikirlər özünü göstərməyə və daxilimdən xaricimə yansımağa başladı. Mənə elə gəldi ki, dəli oluram. Mən sadəcə öz hisslərim barədə yazmaq qərarına gəldim ki, bu barədə heç zaman unutmayım. Bəzən yeni hisslər köhnə hissləri yandıraraq külə çevirir. Mən ikimizin birlikdə təsəvvür etdim və onu necə özlədiyimi anladım. Amma bu, insanın qəlbinə toxunan ən lirik mahnı deyil. Hisslərimi ifadə edərkən mən qarşımdakından qarşılıq gözləmirdim. Onunla keçirdiyim günlərə görə çox xoşbəxtəm, ancaq təəssüf ki, bunlar bir də baş verməyəcək. Çox dəyişib, mən də həmçinin, ancaq mən sənə həmişə xoşbəxt olduğumuz dəqiqələrə görə minnətdar olacam" Eldar bildirib.