“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova pianoçu Etibar Əsədli ilə birgə Xocalı soyqırımı ilə bağlı layihə təqdim edib. Lent.az-ın məlumatına görə, D.Kazımova bildirib ki, bu bəstəni ilk dəfə eşidən zaman kövrəlib. O bildirib ki, bu mahnı Xocalı Soyqırımına həsr olunan “613” layihəsinə məxsusdur. Layihə erməni təcavüzkarlarının bir gecədə qətl etdiyi 613 həmyerlimizin xatirəsinə ithaf olunub.
Qeyd edək ki, layihənin rəhbəri və musiqinin bəstəkarı Etibar Əsədlidir. Sözləri mərhum şair Zəlimxan Yaquba aid olan mahnını ilk dəfə 2017-ci ildə bəstəkarın atası Sahib Əsədli səsləndirib. Bu il isə sözügedən mahnıya müğənni Dilarə Kazımova klip çəkdirərək mətbuata təqdim edib.