“Toppuş bacı” ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva 9-cu dəfə əməliyyat olunub. Lent.az-ın məlumatına görə, aktrisa bu barədə 5/5 verilişində deyib. O bildirib ki, bu dəfə mədə kiçiltmə əməliyyatı keçirib: “1 dəfə mədə kiçiltmə əməliyyatı keçirmişdim. Amma sən dəmə o zaman həkimlər texniki səhv etmişdi, mədəm kiçilməmişdi. Amma bu dəfə başqa həklimə müraciət etdim, əməliyyat uğurla yekunlaşdı. Düz 1 həftəyə 7 kilo arıqlamışam. Düz 65 kiloya qədər arıqlayacam. Mədəm 1 barmaq boyda olub. Mən övladımı sağ-salamat böyütmək istəyirəm. Köklük xəstəlikdir. Ona görə də bu əməliyyatı etdirdim”.