93
13:15
22 Fevral 2018

Azərbaycanlı kişi müğənninin modellə səmimi görüntüləri - FOTOLAR

Müğənni Elvin Abdullayev “Dərk et” adlı yeni mahnısını təqdim edib. Lent.az -ın məlumatına görə, bəstənin sözləri Anar İsmayılov, musiqisi sənətçinin özünə məxsusdur. Elvin mahnısı üçün yeni fotosessiya da etdirib. O, bu dəfə model Neyli Bünyadzadə ilə obyektiv qarşısına keçib. Elvin modellə səmimi fotolarından danışıb: “Hər dəfə eyni stildə fotolar çəkdirməyi sevmirəm. Bu dəfə fərqlilik etdim və modellə kamera qarşısına keçdim. Bundan sonrakı fotolarımda dəyişiklik çox olacaq. Əgər kompleksin yoxdursa, demək uğur qazanacaqsan”.

Elvin həyat yoldaşının onun gənc modellə səmimi görüntülərini qısqanmadığını deyib: “Nə etsəm də, aşırı dərəcədə ola bilməz. Hər şeyi çərçivədə edirəm. Mənimlə birlikdə çalışan çox adam var. Mahnımın da, fotosessiyamın da hazırlanmasında onların əməyi olub”.