99
12:17
19 Yanvar 2018

Brilliantın oğlundan təhlükəli anlar: "Tərbiyəsiz..." - VİDEO

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkədə müzakirələrə səbəb olacaq addım atıb. Lent.az -ın məlumatına görə, xalq artistinin oğlu motosikleti sürətli sürən zaman çəkilmiş videosunu “İnstagram”a yükləyib. O, videoya “Zolaqlı xətlərlə oynamaq” rəyini yazıb.

Onun bu addımına B. Dadaşova əsəbiləşib: “Tərbiyəsiz, sən mənə söz vermişdin. Gəlib o motosikleti yox edərəm. Məni qara siyahıya atsan, təyyarəyə minib ora gələcəm. Başıma ağrı girdi, sənə göstərəcəm. Telefonlarıma cavab ver, yoxsa hər şeyi burada yazacam”.