Sabirabadda ağır qəza: 3 nəfər xəsarət alıb
24 dekabr 2017 12:27 (UTC +04:00)

Sabirabadda ağır qəza: 3 nəfər xəsarət alıb

Bu gün Sabirabad rayonunun Nizami kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad sakinləri, 1984-cü il təvəllüdlü Fərzəliyev Emin Əflan oğlunun idarə etdiyi “Mersedes” markalı "99 BB 415" dövlət nömrə nişanlı avtomobillə, 1980-ci il təvəllüdlü Əliyev Elçin Gülüş oğlunun idarə etdiyi “Qazel” markalı "54 BB 735" dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Nəticədə hər iki avtomobilin sürücüsü və bir nəfər sərnişin - 1984-cü il təvəllüdlü Əliyeva Bilqeyis Hüseyn qızı  xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların həyatı üçün təhlükə yoxdur.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar