Aygün Kazımova müsabiqədən imtina etdi
09 oktyabr 2017 13:28 (UTC +04:00)

Aygün Kazımova müsabiqədən imtina etdi

Xalq artisti Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib. Bunu Lent.az-a açıqlamasında xalq artistinin prodüseri Şahin Qurbanov bildirib. Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi yoğun iş qrafikidir: "Aygün Kazımovanın bu il təşkil olunacaq "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur. Bizim qrafikimiz ilin əvvəlindən müəyyənləşib. Bilirsiniz ki, səkkiz ay "Crystal Hall" konsertinə hazırlıq gedib. Və sentyabr ayında möhtəşəm konsert baş tutdu. Noyabr ayında isə "DAF BAMA MUSİC AWARDS" üçün hazırlıq gedir. Bu mükafatlandırma mərasimində də Aygün xanım Azərbaycanı təmsil edəcək. Aygün xanımın demək olar ki, istirahətə vaxtı yoxdur. "Altın Kelebek" mükafatlandırması isə dekabr ayında olacaq. Həmin tarixə də imzalanmış müqavilələrimiz, eyni zamanda Həmrəylik Günü və Yeni İl ilə əlaqədar bir sıra çıxışlarımız  var. Bu səbəbdən təklifi rədd etməli olduq. Əlbəttə ki, çox istərdik bu mükafatlandırma mərasimində istirak edək. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirik"

 

Xatırladaq ki, Aygün Kazımova 2012-ci ildə Türkiyədə təşkil olunan "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak edib.

# 865
avatar

Yalçın UĞUR

Oxşar yazılar