Könül Həmzəyeva saxlanıldı  - YENİLƏNİB
11 mart 2026 22:30 (UTC +04:00)

Könül Həmzəyeva saxlanıldı - YENİLƏNİB

0

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

Lent.az xəbər verir ki, Könül Həmzəyeva polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Xanım iş adamı külli miqdarda dələduzluqda ittiham olunur.

***

10 mart, saat 16:52

 

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva külli miqdarda dələduzluqda ittiham olunur.

Lent.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Məlumata görə, lakin K.Həmzəyeva istintaqdan qaçıb gizlənir və buna görə də, o, axtarışa verilib. Hazırda istintaq Xəzər Rayon Polis İdarəsində aparılır.

Qeyd edək ki, bir ay əvvəl tanınmış bloqer Fidan Zeyn və Azerina da Könül Həmzəyevadan şikayət ediblər. Bloqerlər Xətai rayon Polis İdarəsinə müraciətlərində qadın sahibkarın onların 150 min manatını mənimsədiyini deyiblər.

K. Həmzəyevanın rəhbəri olduğu “Beautytime” gözəllik salonlarının paytaxtda 4 filialı mövcuddur: "Elmlər", "Nərimanov", "Nəsimi" və "Qara Qarayev".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2946

Oxşar yazılar