Məşhur özbək ekstrasens Bakıda saxlanılıb.
Lent.az xəbər verir ki, bir neçə gündür Bakıda qəbullar keçirən özbək ekstrasens İqbol Soliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Qeyd edək ki, İqbol Soliyev xəstələri əl enerjisi ilə müalicə edirmiş. Onun bu gün Bakıda keçirilən qəbulunda izdiham yaşanıb.