Qaradağ rayonunda 2 nəfəri bıçaqlayan şəxs yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 18-nə keçən gecə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisindən qəsəbə sakinləri Rəvan İsgəndərov və Emil Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Cəfərov Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.