[b]Xızıda 5 günə 295 ədəd partlamamış hərbi sursat tapıldı [/b]
01 sentyabr 2017 01:57 (UTC +04:00)

[b]Xızıda 5 günə 295 ədəd partlamamış hərbi sursat tapıldı [/b]

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), FHN və DİN-in birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.  

 

ANAMA-dan Lent.az-a verilən xəbərə görə, 31 avqust tarixində hərbi hissənin ətrafına, 12 evin həyətyanı sahəsinə, 1 su stansiyasının yaxınlığına, 1 ferma ərazisinə, 2 otlaq sahəsinə və eko-turizmin həyətinə baxış keçirilmiş, 45 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd partlamış-yanmış raketin qalıqları, 108 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 547 800 kv.m (54.78 ha) ərazi yoxlanılıb.

 

 

Ümumiyyətlə, 5 gün ərzində 5 408 915 kv. m (540.9 ha) ərazi  yoxlanılıb, 295 ədəd partlamamış hərbi sursat, 336 ədəd partlamış-yanmış sursat qalıqları və 457 kq yandırma aşkar olunaraq götürülmüşdür.

 

 

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində  2 318 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171

Oxşar yazılar