63
18:21
31 İyul 2017

Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək

Prezident İlham Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Əliyev Rafiq Hacıbaba oğlu və Nəsirov Rafiq Əliş oğluna təqaüd təyin edilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.