Qardaş bacısını qətlə yetirdi - Göyçayda

Göyçay rayonunda qətl hadisəsi törədilib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Alpoud kəndində qeydə alınıb.
Sumqayıt şəhər sakini Kərimov Araz İlqar oğlu Bakıdan Göyçayın Alpoud kəndinə qonaq gələn bacısı, 1988-ci il təvəllüdlü İsrafilova Zeynəb İlqar qızını bıçaqlayaraq qətlə yetirib.
Nənəsinin evində bıçaqlanan Zeynəb İsrafilova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən çoxsaylı qan itirməsi səbəbindən yolda dünyasını dəyişib.
İki uşaq anasının həyat yoldaşından ayrıldığı və onun qardaşı tərəfindən qısqanclıq zəmnində aralarında baş verən dava zamanı qətlə yetirildiyi bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11