Əməkdar artistin oğlunu polis saxladı- <span style="color:red;">“O adam məni maraqlandırmır”
19 yanvar 2016 21:58 (UTC +04:00)

Əməkdar artistin oğlunu polis saxladı- “O adam məni maraqlandırmır”

Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb.

 

Əməkdar artist ans press-ə oğlunun saxlanıldığını təsdiqləyib. Amma Rəhman Rəhmanov oğlu ilə danışmadığını deyib: “O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”

 

Əlavə edək ki, aktyorun oğlu 2008-ci ildə də soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub və 6 il azadlıqdan məhrum edilmişdi.

 

# 348
avatar

Oxşar yazılar