[b]Cavid Qurbanov:[/b] "Ukrayna İranla yükdaşımaları Azərbaycan üzərindən həyata keçirə bilər"
30 dekabr 2015 14:56 (UTC +04:00)

[b]Cavid Qurbanov:[/b] "Ukrayna İranla yükdaşımaları Azərbaycan üzərindən həyata keçirə bilər"

Ukraynadan İrana yükdaşımalar Azərbaycan üzərindən həyata keçirilə bilər.

 

"APA-Economics"in xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

 

"Ukrayna İrana yüklərin daşınmasında maraqlıdır. Çünki İranda taxıl istehsalı olduqca aşağı səviyyədədir və bu ölkə taxılı Ukrayna və Qazaxıstandan idxal edir. Ukrayna bu məhsulları Gürcüstandan keçməklə bizim üzərimizdən İrana daşımaq fikrindədir. Söhbət təxminən 2-3 milyon ton həcmində yükdən gedir. Bundan başqa, Ukrayna İrandan enerji daşıyıcılarını bizim üzərimizdən daşımaq fikrindədir", - deyə C. Qurbanov bildirib.

# 302
avatar

Oxşar yazılar