14 dərəcə isti olacaq - <span style="color:red;">PROQNOZ
23 dekabr 2015 12:26 (UTC +04:00)

14 dərəcə isti olacaq - PROQNOZ

Dekabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 9-12 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhərə bəzi yerlərdə yağıntılı olacağı,  dağlıq və dağətəyi yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan  4 dərəcəyədək isti, gündüz  9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

 

# 295
avatar

Fərizə Əhmədova

Oxşar yazılar