Gündə 6 paket çips, 12 banan, 5 paket peçenye yeyən 3 yaşlı uşaq...
20 noyabr 2015 12:21 (UTC +04:00)

Gündə 6 paket çips, 12 banan, 5 paket peçenye yeyən 3 yaşlı uşaq...

Hindistanda 3 uşağı obezitedən əziyyət çəkən ailə rəsmilərdən kömək istəyir. Lent.az-ın acunn.com saytına istinadən məlumatına görə, 34 kilo çəkisi olan 5 yaşındakı Yoqita və 46 kilo çəkisi olan 3 yaşındakı Anişa günə 6 paket çipsi, 12 banan, 5 paket peçenye yeyir. 18 aylıq Harşinin çəkisi də 15 kilonu keçib.

 

Uşaqların anası Praqna onları doydurmaq üçün bütün günü mətbəxdən çıxmır. Kiçik yaşlarına baxmayaraq, çəkiləri ilə ətrafdakıları təəccübləndirən bu uşaqlara görə valideynləri çox narahatdır. Ata Rameshbhai Nadvana övladlarının müalicəsi üçün böyrəyini satmağı düşünür.

 

“Uşaqlar dayanmadan yeyirlər. Yemək verilməzsə, ağlayıb, qışqırırlar. Belə davam edərsə, onlar öləcəklər”, - deyə ata bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 338

Oxşar yazılar