"Araz-Naxçıvan"  Avropaya vəsiqə qazandı, şəhərdə yürüş keçirildi
17 may 2025 20:27 (UTC +04:00)

"Araz-Naxçıvan" Avropaya vəsiqə qazandı, şəhərdə yürüş keçirildi

Naxçıvanda "Araz-Naxçıvan"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazanması münasibətilə avtoyürüş təşkil olunub.

Lent.az xəbər verir ki, Misli Premyer Liqasında XXXV tur çərçivəsind muxtar respublikanın "Araz-Naxçıvan" komandasi səfərdə "Şamaxı"ya qalib gəlib - 1:0.

Bununla xallarının sayını 58-ə çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədə qərarlaşıb və çempionatın bürünc mükafatını qazanmaqla, tarixində ilk dəfə Avropa kuboklarına vəsiqə qazanıb.

"Qırmızı ağlar" Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.
Bu münasibətlə, oyundan sonra Naxçıvanın küçə və prospektlərində komandaya dəstək məqsədilə avtoyürüş keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar