CHP-nin parlament sədrliyinə namizədi Dəniz Baykal oldu
24 iyun 2015 15:21 (UTC +04:00)

CHP-nin parlament sədrliyinə namizədi Dəniz Baykal oldu

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) parlament sədrliyinə partiyanın eks-sədri Dəniz Baykalın namizədliyini irəli sürüb. Lent.az-ın sozcu.com.tr-yə istindən məlumatına görə, CHP sədri Kamal Kılıçdaroğlu bu gün Dəniz Baykalla görüşüb. Görüşdən sonra hər iki siyasətçi açıqlama verib.

 

Kamal Kılıçdaroğlu açıqlamasında partiyadakı hər kəsin parlament sədrliyinə namizəd kimi Dəniz Baykalı istədiyini bildirib: "Mən də buna görə Dəniz Baykaldan xahiş etdim ki, namizəd olsun".

 

Dəniz Baykal isə açıqlamasında namizəd olduğu üçün bütün siyasi partiyalara gedərək görüşlər keçirəcəyini bildirib. O, həmçinin seçiləcəyi təqdirdə tərəfsiz bir məclis başçısı olacağanı deyib.

 

# 250
avatar

Səlcuq Elçin

Oxşar yazılar