Kiyev ABŞ-ın Ukrayna ordusuna təlim keçdiyini etiraf etdi
24 iyun 2015 07:37 (UTC +04:00)

Kiyev ABŞ-ın Ukrayna ordusuna təlim keçdiyini etiraf etdi

Ukrayna Millli Qvardiyasına təlimi ilə ABŞ-ın 380 desant hərbçisi məşğuldur. APA-nın “RİA Novosti”yə istinadən  verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Andrey Taranov bildirib.   

 

“Qeyd etmək istərdim ki, amerikalı təlimatçılar hazırda istisna olaraq Ukrayna Millli Qvardiya hərbçilərinə təlim keçirlər. Biz ümid edirik ki, ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin təlimi ilə də bağlı qərar verəcək… Hazırda ABŞ-ın 380 hərbçisi Ukrayna Millli Qvardiyasına təlim keçir”, deyə Taranov bildirib. 

# 144
avatar

Oxşar yazılar