Prezident İlham Əliyev Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında Moskva şəhərində Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. İqtisadiyyat və Sənaye Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətini xəbərdar etməlidir.