Əvvəli: http://news.lent.az/news/167016
Hə, əziz dostlar, keçən yazımda otaq yoldaşlarım Camohla Əbdülrəhmandan geniş söhbət açmışdım. Lakin onlar haqda nə qədər əhatəli yazsam da baxıram, yenə hər şeyi deyə bilməmişəm. Gördüyüm ərəblərin hərəkətlərindən müəyyən detalları xatırlayıb burada qeyd edirəm ki, onların obrazı göz önünə rahat gəlsin.
Əvvəlki yazılarımda da yazmışdım, demək, bizə gündə üç dəfə yeməkdən başqa hər bir otağa istənilən qədər kofe, çay, şəkər tozu verirdilər. Həm də otaqların hamısında elektrik çaydan vardı.
Mən stolumuzun üstündə müəyyən səliqə yaratmaq üçün kağız paketlərdə olan şəkər tozunu ağzı rahatca açılıb örtülən boşalmış kofe qabına tökürdüm. Anlayırdım ki, ərəblər kağız paketlə davrana bilməyəcəklər, şəkəri otağa dağıdacaqlar.
Gecələr oyaq qalmaq istəyəndə həmişə özümə kofe dəmləyir, içib yuxunu rahatca qova bilirdim. Kofeni səhər yeməyində götürdüyüm kişmişlə içirdim, yəni heç vaxt şəkər tozundan istifadə eləmirdim. Əbdülrəhmanla Camoh isə həmişə ac adamlar kimi şirinçay düzəldib içərdilər. Anlaya bilmirdim, bu qədər yeməkdən sonra onlar şirinçay düzəldib yağ-çörəklə necə ötürə bilirlər. Özü də yeməyə həftələrlə ac qalmış adamlar kimi cumurdular. Sözsüz ki, onlar hər dəfə şirinçaya əl atanda ağızlarının marçıltısını eşitməmək üçün dərhal otaqdan qaçırdım. Ərəblərin bu şirinçay əməliyyatından belə nəticə çıxardım ki, əslində onların qarnı yox, gözü doymurmuş.
Otağa gələndə stolun üstünə dağılmış şəkər tozundan bilirdim ki, ərəblərim yenə şirinçay düzəldiblər. Bu adamlar şəkər tozunu çay qaşığı ilə fincana normal tökə bilmirdilər, mütləq stolun üstünə dağıtmalı idilər. Adama deyərlər, tutaq ki, debilsən, bunu bacara bilmirsən, bəs sonra dəsmalı götürüb stolun üstünü silməyə nə deyirsən? Bunu heç vaxt eləmirdilər. Həm qoyub getdikləri fincanlarda günlərlə çay paketi qalardı. Təpinib başa salmasaydım hər dəfə bir fincan gətirib stolun üstünü doldurardılar.
Bir dəfə Əbdülrəhmanın şəkər tozunu fincana necə tökdüyünü gördüm və anladım ki, bu adamı başa salmaq lazımdı. Sən demə, ərəbim fincanla şəkər tozunu bir-birindən bir metr aralıda tutub şirinçay düzəldirmiş. Mən ona fincanı şəkər tozuna yaxın tutub bu işi görməyi başa saldım. Başa düşdüm ki, gülüb deyir, bu heç ağlıma gəlmirdi, öyrətdiyinə görə çox sağ ol. Nə deyəsən? Ola bilsin stolu ilk dəfə görürdülər. Yəni, ömrü boyu çöllərdə bardaş qurmuş adamlardı. Nə üçün “çöllərdə” dedim? Çünki onlar oyandıqdan sonra yataqlarını yumarlayıb yük kimi yığırdılar. Bilirdim ki, bu, çöldə yatan adamın vərdişidi.
Bir dəfə otaqda öz yerimə keçəndə gördüm, başmaqlarım yerə yapışır. Demək, qəhrəmanlarım şirinçayı döşəməyə dağıtmışdılar. Beləcə də silməmiş qoyub gediblər, şirinçay da quruduqdan sonra yerdə yapışqana dönüb. Camohu çağırıb döşəmənin yapışqanlı yerini göstərdim və əlimlə şirinçaya işarə eləyib dedim ki, bunu siz eləmisiniz, köpəyuşağı, heç olmasa silib təmizləyin dəə! İnsafla desəm, Camoh Əbdülrəhmana baxanda bir az əhliləşmiş vəziyyətdə idi. Dedi, yəqin Əbdülrəhman töküb və döşəmə ağacını götürüb dəsmalla şirinçay dağılmış yerləri təmizlədi.
Camohun bir adəti də vardı, otaqdan çıxarkən meymun kimi uzun-uzadı güzgülənər, ən sonda isə burularaq arxasına baxıb çıxardı. Onun mənasız yerə güzgülənmək və sonda bir qayda olaraq, öz arxasına baxmaq vərdişi hardan əmələ gəlmişdi, hələ də anlaya bilmirəm.
Otağımızda içərisinə zibil paketi qoyduğumuz balaca zibil vedrəsi vardı. Paket dolduqca götürüb bayırda qoyulmuş böyük zibil qabına atmaq lazım gəlirdi. Səliqəni gözləmək üçün hər dəfə paket dolub daşmamış zibili çıxarıb atırdım.
Bir gün hiss elədim ki, otaqdakı zibil qabı bunların heç umrunda da deyil. Özüm qəsdən paketə əl vurmadım. Baxdım ki, artıq zibil paketi aşıb-daşır. Bir-iki gün keçdi, gördüm, ərəblərim artıq zibilləri vedrənin ətrafına atırlar. Eksperiment aparmaq qərarına gəldim, fikirləşdim, qoy görüm, zibili atmaq bunların ağlına gələcəkmi. Bir neçə gün də keçdi, gördüm, artıq əlüzyuyanın altında zibil tayası yığılıb. Axırda Camohun qolundan tutub bayıra çıxartdım, orada səliqə ilə düzülmüş zibil qablarını göstərdim. Sonra otaqdakı zibil vedrəsinin halını ona ərz elədim. O, dərhal öz eşşəkliyini anladığını bildirdi və zibili yığışdırıb otaqda səliqə yaratdı.
Camohun yanına həmişə Ramazan adlı bir yerlisi gələr, onun həsirini altına sərib bizim otaqda namaz qılardı. Zalım oğlu elə bil o boyda Avropada özünə yarım metr həsir tapa bilmirdi. Otağa girən kimi məni belə salamlayırdı: “Azərbaycan, müslüm, professor!”
Yazar olduğumu bildiyinə görə mənə professor deyirdi. Bizə gələndə “heey, professor!” deyə qışqırıb məni xüsusi salamlayırdı.
Bir gün otağa gələndə gördüm stolun üstündə bir cüt çirkli corab qoyulub. Fikirləşdim, görəsən, bunu meymunların hansı eləyib, olmaya mənim səliqəmə sataşırlar? Dərhal çıxıb kafedə onları axtarmağa getdim, əlimə Əbdülrəhman keçdi. Dedim, arxamca gəl, ay meymun. Stolun üstündəki corabları göstərib: ay oğraş, bircə bu qalmışdı? - soruşdum. Əbdülrəhman yarı ingilis, yarı ərəbcə and-aman elədi ki, onun corabı deyil. Danışığında Ramazanın adını çəkdi. Bildim ki, Ramazan eləmiş olar, deyir. Otaqdan çıxıb Ramazanı axtardıq. Ramazan kafenin o başından “heey, professor!” deyə anqıranda onu yanımıza çağırıb otağa gətirdik. Stolun üstündəki corabları görüb pərt oldu, əlini öz başına vuraraq sarsaq olduğunu dedi və tezcə corabları ordan götürdü. Arxasınca məndən çoxlu üzr istədi. Sən demə, kişinin oğlu dəstəmaz alanda kirli corablarını soyunub stolun üstünə qoyubmuş, sonra da axtarıb, tapa bilməyib, eləcə də çıxıb gedib.
Bu meymunların hərdən elə ağlasığmaz hərəkətlərini görürdüm, öz milli debillərimizə şükür edirdim.
Bir dəfə gördüm, meymunların əlinə hardansa bir top keçib, gecəyarı koridorda futbol oynayırlar. Özü də topa var gücləri ilə zərbə vurur, özlərini stadiondakı kimi aparırlar. Hələ bu da bir yana, koridorda təzəcə divardan tutub yeriyə bilən qız uşağı oturmuşdu. Uşağın anası bizimlə üzbəüz olan otaqda qalırdı. “Futbolçular” uşağın yan-yörəsindən topu keçirir, üstündən atlanırdılar. Onlar hər dəfə topa zərbə vurduqca uşağa təhlükə yaranırdı. Ən maraqlısı da bu idi ki, uşağın anası otağın qapısı ağzında dayanıb gülümsəyərək “futbol”a azarkeşlik eləyirdi. Baxdım ki, uşağı ortalıqdan götürmək heç onun ağlından da keçmir.
Elə yaxşı yadıma düşdü, növbəti yazıda gördüyüm ərəb qadınlardan yazacam. Hələlik!
(davamı olacaq)