Sabirabadda məktəbliləri daşıyan  avtobus aşdı -  VİDEO
16 aprel 2026 19:01 (UTC +04:00)

Sabirabadda məktəbliləri daşıyan avtobus aşdı - VİDEO

0

Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonu, Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

7 şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar