Aliment borcunu  ödəyə bilməyən ata HƏBS OLUNDU
16 aprel 2026 15:16 (UTC +04:00)

Aliment borcunu ödəyə bilməyən ata HƏBS OLUNDU

1

Oğuzda aliment borcunu ödəməyən ata həbs olunub.

Lent.az xəbər verir ki, rayonun Bayan kəndində yaşayan 38 yaşlı Fariz Hacıyev (ad və soyad şərtidir) 2017-ci ildən bəri aliment borcunu ödəməyib.

Məlumata görə, Fariz 2013-cü ildə ailə qurub və 2014-cü ildə bir oğlan övladları dünyaya gəlib. 2017-ci ildən isə o, həyat yoldaşından ayrılıb və həmin ildən Farizə məhkəmənin qərarı ilə əvvəlcə aylıq 120, 2022-ci ildən isə 170 manat aliment pulu vermək tapşırılıb. Lakin o, həmin ödənişləri yerinə yetirməyib və ümumilikdə 6770 manat borc yaranıb.

Bu səbəbdən Farizin keçmiş həyat yoldaşı məhkəməyə müraciət edib. Müraciət əsasında F. Hacıyev barəsində cinayət işi açılıb.

Fariz Hacıyev ifadəsində keçirdiyi avtoqəza nəticəsində xəsarət almasını, bu səbəbdən də işləyib aliment pulunu verə bilmədiyini deyib. O, həmçinin ikinci dəfə evləndiyini və bu evlilikdən 2 övladının olmasını da qeyd edib. Fariz azadlıqda olarsa pay torpağını sataraq aliment borcunu ödəyə biləcəyini bildirib.

Zərərçəkən şəxs isə aliment borcunun tam ödənilməsi ilə bağlı məhkəmədən qərar qəbul edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Fariz Hacıyev 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 500

Oxşar yazılar