"Hizbullah"ın aylıq xərcləri  açıqlandı
17 aprel 2026 00:38 (UTC +04:00)

"Hizbullah"ın aylıq xərcləri açıqlandı

0

Livanın "Hizbullah" hərəkatı öz ehtiyacları üçün aylıq təxminən 50 milyon dollar xərcləyir. Buraya silah alışı, döyüşçülərin ailələrinə dəstək və digər xərclər daxildir.

Lent.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri Qərb kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, vəsaitlər həm də yaralanmış və ya həlak olmuş döyüşçülərin ailələrini dəstəkləmək üçün sosial proqramların yaradılmasına yönəldilir.

Maliyyələşmənin əsas mənbəyi İran hesab olunur, lakin təşkilat vəsaiti Livanda və xaricdəki bəzi tərəfdarlardan, habelə yerli sponsorlardan da alır. Onların arasında "Al-Amana" yanacaq şirkəti və "Jood" qızıl hasilatı firması qeyd olunur.

Bundan əlavə, nəşr livanlı iş adamı Məhəmməd Nurəddini "Hizbullah"ın əsas maliyyəçilərindən biri kimi xüsusən vurğulayır. Hesabatda Həsən K. kimi tanınan başqa bir maliyyə mənbəyi də qeyd olunur. Həsən K. Livanda və Dubayda qızıl hasilatı müəssisələrini idarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar