Müğənninin evindən oğurluq edən şəxsə 9 il iş verildi
06 mart 2014 17:30 (UTC +04:00)

Müğənninin evindən oğurluq edən şəxsə 9 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaməddin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 

 

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə N. Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, N. Əliyev müğənni Pərvin Lətifovun evindən də oğurluq edib. 2 dəfə məhkumluq həyatı yaşayan N. Əliyev bir neçə mənzildən oğurluq edib.

 

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1727
avatar

Oxşar yazılar