Yuxuda portağal  görmək nə deməkdir?
10 mart 2025 13:35 (UTC +04:00)

Yuxuda portağal görmək nə deməkdir?

Yuxuda portağal görmək, çox yaxşı və xeyirli xəbərlərin alınacağına işarədir. Yuxu görənin sevgidə uğur qazanması kimi də yozulur. Yuxuda portağal alan adam qiymətli bir əşyaya sahib ola bilər. Xəyalpərəst üçün xeyirli olan bu yuxunun mənası kifayət qədər müsbətdir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də portağaldır.

Bəs, yuxuda portağal görmək hansı mənaya gəlir?

Lent.az yuxuda portağal görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda portağal görmək nədir?

Yuxuda portağal görmək əgər mövsümündədirsə, halal ruziyə, bol qazanca, qış günlərində soyuğu hiss etməməyə işarədir. Yuxuda portağal görmək mal və mülk sahibi olmaq anlamına gəlir.

Yuxuda portağal yemək nədir?

Yuxusunda portağal yemək mal və ruzi sahibi olmaq deməkdir. Yuxuda portağal yeməyin yozumu, dadına görə dəyişə bilər. Turş portağal kədər və üzüntüyə, şirin portağal isə mal və mülkə işarə edir. Yuxuda portağal yemək, çox gözəl bir xəbər almağa və sevgi həyatında uğurlu olmağa yozulur. Böyük portağal yemək isə qiymətli bir əşya əldə etməklə izah olunur.

Yuxuda portağal yığmaq nədir?

Yuxuda portağal yığmaq; tərif və bir çox insan tərəfindən təqdir edilmək kimi yozulur. Gənc insanlar üçün təhsilləri boyunca çoxlu uğur qazanmağa, imtahanlardan müvəffəqiyyətlə çıxmağa işarə edir. Əgər yuxunu görən insan yaşlı və ya orta yaşlıdırsa, həyatında yeni qərarlar alacaqdır.

Yuxuda portağal almaq nədir?

Yuxuda portağal almaq; yuxu görənin övlad sahibi olmasına işarə edir. Yuxuda portağal almaq; subay insanlar üçün evlilik kimi yozulur.

Yuxuda portağal tapmaq nədir?

Yuxuda portağal tapmaq; yuxu sahibinin tezliklə əlinə xeyli miqdarda pul keçəcəyinə işarə edir. Yuxuda portağal tapmaq, yuxunu görən insan üçün müsbət mənalar daşıyır.

Yuxuda portağal dilimləmək nədir?

Yuxuda portağal dilimləmək; yuxu sahibinin həyat enerjisi ilə dolmasına, öz işini qurmasına, şəxsi həyatında xoş və həyəcanlı anlar yaşamasına, alın təri ilə çörək qazanmasına işarə edir. Yuxu sahibi digər insanlarla birlikdə eksiklərini tamamlayaraq bütün planlarını həyata keçirəcəkdir.

Yuxuda portağal paylamaq nədir?

Yuxuda portağal paylamaq yuxu sahibinin ən kiçik səhvini belə tez anlayaraq tədbir görməsinə, muradına çatmasına, bol qazanc əldə etməsinə, xeyirli hadisələr yaşamasına işarə edir. Yuxu sahibinin sevinc içində olmasına yozulur.

Yuxuda portağal dilimi görmək nədir?

Yuxuda portağal dilimi görmək yuxu sahibinin haqlı olduğu hər şeyin simvolu kimi yozulur. Əgər yuxunu görən şəxsə portağal dilimi təqdim edilirsə, bu, onun yaxşı bir iş üçün ortaq təklif alacağına işarə edir.

Yuxuda portağal əzmək nədir?

Yuxuda portağal əzmək yuxunu görən insanın problemlərinin ailə üzvlərinin dəstəyi ilə həll olunacağına işarə edir. Yuxu sahibi çox sevdiyi və uşaqlıqdan bəri maraqlandığı işlərdə inkişaf edəcək, həyatın stressindən qurtulacaq və ətrafdakılar tərəfindən maraqla izlənən biri olacaqdır. Yuxu sahibi böyük bir ailəyə sahib olacaq və yaxınlarının dəstəyi ilə həyatını qaydaya salacaqdır.

Yuxuda portağal atmaq nədir?

Yuxuda portağal atmaq çətin bir işdən sonra rahatlığa qovuşmağa, rifah içində yaşamağa və dünya nemətlərinin yuxu sahibinə yetişməsinə işarə edir. Yuxu sahibi söz və qərar sahibi olacaqdır. Bundan əlavə, yuxunu görən insan sevdiklərindən uzaq düşməyəcəkdir.

Yuxuda portağal hədiyyə almaq nədir?

Yuxuda portağal hədiyyə almaq yuxu sahibindən hər zaman yaxşı xəbərlərin eşidilməsinə, xeyirli işlərə girilməsinə, yuxu sahibinin karyerasında mühüm irəliləyişlər etməsinə, ailəsinin dağılmadan birlik və bərabərlik içində yaşamasına işarə edir.

Yuxuda portağal hədiyyə etmək nədir?

Yuxuda portağal hədiyyə etmək yuxu sahibinin problemlərini zehnində həll etməsi və tam rahatladıqdan sonra başqa işlərə girişməsi kimi yozulur. Bundan əlavə, yuxu sahibi böyük bir sərvətə sahib ola bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar

Yuxuda kaktus  görmək nə deməkdir?

Yuxuda kaktus görmək nə deməkdir?

8 mart 2025 , 10:23
Yuxuda şərab içmək  nə deməkdir?

Yuxuda şərab içmək nə deməkdir?

7 mart 2025 , 11:46
Yuxuda  pizza görmək   nə deməkdir?

Yuxuda pizza görmək nə deməkdir?

6 mart 2025 , 15:23
Yuxuda pomidor  görmək nə deməkdir?

Yuxuda pomidor görmək nə deməkdir?

5 mart 2025 , 11:32
Yuxuda pişik cırmaqlaması  nə deməkdir?

Yuxuda pişik cırmaqlaması nə deməkdir?

4 mart 2025 , 09:48
Yuxuda sarımsaq  görmək nə deməkdir?

Yuxuda sarımsaq görmək nə deməkdir?

3 mart 2025 , 10:20
Yuxuda hamburger  yemək nə deməkdir?

Yuxuda hamburger yemək nə deməkdir?

28 fevral 2025 , 09:36
Yuxuda kartof görmək  nə deməkdir?

Yuxuda kartof görmək nə deməkdir?

27 fevral 2025 , 09:23