Yuxuda dana görmək  nə deməkdir?
09 avqust 2024 17:49 (UTC +04:00)

Yuxuda dana görmək nə deməkdir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Bir çoxları iddia edir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. Amma təbii ki, bununla bağlı dəqiq söz demək çətindir.

Yuxuda çox şey görürük. Bunlardan biri də dana görməkdir. Bəs, yuxuda dana görmək hansı mənaya gəlir?

Lent.az yuxuda dana görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda dana görmək xoş xasiyyətli və təbiətli olmaq kimi yozulur. Yuxusunda dana görənin ürəyi yaxşılıqlarla doludur, Allah qatında günah olan heç bir şeyə əl uzatmır, heç kimin haqqında pis danışmaz, doğru yoldan ayrılmaması tərzində şərh olunur. Yuxuda dana görən adam etibarlı və düzgün bir insandır, bu səbəblə həm ailə daxilində, həm iş həyatında, yoldaşları və dostları arasında düzgünlüyü və insanlığı ilə tanınır.

Yuxuda dana görmək eyni zamanda, anlayışlı, mehriban, alicənab, yaxşı təhsilli, qeybət etməyən, kömək etməyi xoşlayan şəxslərə də işarə edir. Yuxuda dana görmək hövsələsiz və həyat dolu olmaq kimi də yozulur. Yuxuda dana görmək yuxu görənin ətrafında varlı və arxası möhkəm şəxslər olduğu şəklində də şərh olunur.

Yuxuda erkək dana görmək

Yuxuda erkək dana görmək yuxu sahibinin malı xoşlamasına işarət edir. Yuxu görən şəxs həm güclü həm də qüdrətlidir. Bundan başqa yuxu görənin həm işində müvəfəqiyyətli olduğunu, həm də var dövlət sahibi olduğuna yaxud olacağına işarətdir.

Yuxuda dana başı görmək

Yuxu görənin özü üçün xeyirli olacağına inandığı və düşündüyü bir işdən həqiqətən də xeyir gələcəyinə işarə edir. Yəni xeyirli olacaq olan bir işin başının görünməsi mənasına gəlir.

Yuxuda dana almaq

Uğursuzluqlardan xilas olmaq, bəxtin açılması çox iş görmək, xoş xəbərlər eşitmək, sağlamlığına qovuşmaq kimi ifadə edilir. Yuxu görən üçün gələcəcəkdəki günlərin gözəl olacağını göstərir.

Yuxuda dana əti görmək

Haqqı ilə qazanılan pul və ruzi mənasını daşıması ilə yanaşı, yuxu yiyəsi üçün yeni bir qazanc qapısı açılacağı kimi yozulur.

Yuxuda dana kəsmək

Bu yuxu, şan şöhrətin yaxınlarda olması kimi yozulur. Düzgün, xoşbəxt, xeyirli bir insan olmağa, həyatda və işində güclü mövqe tutmağa və çox böyük çətinliklər ilə üzləşmədən bol qazanc əldə etməyə işarət edir.

Yuxuda dana kəsildiyini görmək

Qismət, bir işdən görmək və çörək pulu qazanmaq tərzində yozulur. Yuxu sahibinin ruzisinin artacağına şərh olunur.

Yuxuda dananın hücum etməsi

Yuxu görənin dalınca qeybət edənlərin olduğuna, bu adamlara etibar etməmək lazım olduğuna işarə edir. Yuxuda dana hücumu, yuxu görənin iş həyatındakı gücsüz və əhəmiyyətsiz rəqiblərinə də işarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 34666

Oxşar yazılar

Yuxuda ev tikdirmək  nə deməkdir?

Yuxuda ev tikdirmək nə deməkdir?

16 avqust 2025 , 10:00
Yuxuda sağ insanı ölü  görmək nə deməkdir?

Yuxuda sağ insanı ölü görmək nə deməkdir?

14 avqust 2025 , 09:51
Yuxuda camış  görmək nə deməkdir?

Yuxuda camış görmək nə deməkdir?

12 avqust 2025 , 09:27
Yuxuda yoqurt  yemək nə deməkdir?

Yuxuda yoqurt yemək nə deməkdir?

9 avqust 2025 , 09:23
Yuxuda çanta itirmək  nə deməkdir?

Yuxuda çanta itirmək nə deməkdir?

7 avqust 2025 , 09:37
Yuxuda sınıq stəkan  ilə su içmək nə deməkdir?

Yuxuda sınıq stəkan ilə su içmək nə deməkdir?

5 avqust 2025 , 09:23
Yuxuda termometr  görmək nə deməkdir?

Yuxuda termometr görmək nə deməkdir?

4 avqust 2025 , 09:23
Yuxuda əqrəb sancması  nə deməkdir?

Yuxuda əqrəb sancması nə deməkdir?

1 avqust 2025 , 09:53