Ev üsulu beyti kababı necə hazırlanır?
02 iyul 2022 18:25 (UTC +04:00)

Ev üsulu beyti kababı necə hazırlanır?

Yuxada beyti kababı evdə necə hazırlanır? Lent.az-ın MƏTBƏXİNDƏ...

Bu gün Lent.az asan hazırlanan, həm doyumlu, həm də ləziz yuxada beyti kababının reseptini sizə təqdim edir.

Qeyd edək ki, kababı "Chef Baku by Künefe" restoranının aşpazı Rövşən usta hazırlayıb. 

Lazım olan ərzaqlar: 

200 qram dana əti;

Yarım dəstə cəfəri;

1 diş sarımsaq;

Lavaş;

Zövqə görə duz, istiot. 

Yanında sos üçün tomat pastası, 1 qaşıq duru yağ, duz, istiot. 

Hazırlanma qaydası çox sadədir. Çəkilmiş ətin üzərinə 1 diş sarımsağı rəndədən keçiririk. Doğradığımız cəfərini, duz və istiotu da ətin tərkibinə qatıb yaxşıca qarışdırırıq. Soyuducuda bir az gözlədirik. Sonra əlimizi suya batırıb əti lülə formasında şişə düzürük və sobada 180 dərəcədə bişməyə qoyuruq.

Sobada bişirməsi üçün çöp şişdən də istifadə edə bilərsiniz. 
Bişəndən sonra beytini lavaşa bükürük. Dilimləyərək servis edəcəyimiz boşqaba düzürük. Boşqabın ortasına badımcan salatı, qatıq və ya sosu qoya bilərsiniz. 

Nuş olsun!
 

Ev üsulu yuxada beyti kababı necə hazırlanır?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3548

Oxşar yazılar

Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi - VİDEO

Bakıda polis bataqlığa düşən sürücünü belə xilas etdi - VİDEO

16 aprel 2025 , 16:39
Binə və Zabratın yollarını su basdı - VİDEO

Binə və Zabratın yollarını su basdı - VİDEO

16 aprel 2025 , 11:17
"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

"Bağırov" tunelindən SON GÖRÜNTÜLƏR

16 aprel 2025 , 10:49
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

16 aprel 2025 , 10:30
Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN!  -VİDEO

Görün kolbasalara nələr qatırlar – DİQQƏTLİ OLUN! -VİDEO

15 aprel 2025 , 16:22
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

15 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

14 aprel 2025 , 10:00
Jurnalistin canlı efirdə başına  quş qondu   -VİDEO

Jurnalistin canlı efirdə başına quş qondu -VİDEO

13 aprel 2025 , 13:47