Yeyilə bilən buxar - 3D PİZZA - Gələcəyin QİDALARI - VİDEO
14 may 2021 19:52 (UTC +04:00)

Yeyilə bilən buxar - 3D PİZZA - Gələcəyin QİDALARI - VİDEO

Gələcək deyəndə 100 il sonranı nəzərədə tutmuruq. Yaxın 10-15 ildən sonra yediyimiz qidalar çox dəyişəcək.

Lent.az yaxın gələcəkdə qidalanacağımız fərqli məhsulları təqdim edir:

3D şirniyyat və 3D pizza

Bu gün bütün əşyaların 3D görüntüsü olduğu halda, nədən 3D şirniyyat olmasın? İlk öncə xəmirdən saxsı formalı şirniyyat fiquru hazırlanıb, içərisinə yeyilə biləcək göbələklər yerləşdirilir. Eyni anda həm şirniyyat, həm də göbələk yemiş olacaqsınız. Bundan əlavə, yaxın gələcəkdə 3D pizzalar da yeyiləcək. Bu qidalar daha çox Marsa səyahət edən insanlar üçün nəzərdə tutulub.

Şəffaf kofe


Çox insan kofe içməyi sevir, amma onun dişdə saxladığı ləkələrə görə bu sevimli içkidən imtina edir. İngiltərədə satışa çıxarılan şəffaf qəhvə hər kəsin marağına səbəb oldu. Şəffaf qəhvənin rəngi xaric, adi qəhvədən heç bir fərqi yoxdur. Şəffaf olması üçün də heç bir kimyəvi qatqıdan istifadə olunmayıb.

Yeyilə bilən buxar

Yeyilə bilən buxar “Su belə məni kökəldir”, deyən insanlar üçün əvəzsiz qidadır. 2011-ci ildə Harvarda çalışan bir professor yeyilə bilən buxarı kəşf etdi. İstənilən qidanı buxar şəkilində yeyilə biləcək hala salmaq mümkündür. Məsələn, göbələk şorbası, limonlu biskvit, pizzanı artıq ürəyiniz istədiyi qədər yeyib, artıq kilolardan azad ola bilərsiniz.

Yosun

Artıq insanlar geni dəyişdirilmiş tərəvəzlər yemək məcburiyyətindədir. Amma gələcəkdə dəniz məhsulları və yosun sayəsində daha sağlam qidalanmaq mümkün olacaq.

Yeyilə bilən su

Gələcəkdə yeyilə biləcək məhsulların içərisində ən maraqlı və fərqlisi sudur. İngiltərədə hazırlanan su toplarını yemək mümkündür. Bu topun adı “ohoo”dur. Suyu əhatə edən örtük dəniz yosunundan hazırlanıb. Suyu içdikdən sonra yosunuda  yeyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Nigar Adil

Oxşar yazılar