Yaş yarımlıq qızı "Ural" əzib öldürdü  - ürəyi zəif olanlar baxmasın - VİDEO
11 noyabr 2023 15:44 (UTC +04:00)

Yaş yarımlıq qızı "Ural" əzib öldürdü - ürəyi zəif olanlar baxmasın - VİDEO

Zakarpatiyanın Yasinya kəndində sərxoş ananın səhlənkarlığı ucbatından bir yaş yarımlıq qızı "Ural" markalı yük maşınının təkərləri altında qalaraq ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Zakarpat vilayəti polisinin məlumatına görə, ölümlə nəticələnən qəza noyabrın 9-da baş verib. Uşağı Çernaya Tisa kənd sakini, 57 yaşlı Ural markalı yük maşınının sürücüsü vurub.

Məlum olub ki, 32 yaşlı qadın bir yaş yarımlıq uşağı ilə küçə ilə gedir.

"Qadının nəzarətsizliyi ucbatından qız yolun kənarına çıxıb və orada yük maşınının təkərlərinin altına düşüb. Uşaq hadisə yerindən yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, aldığı xəsarətlərdən dünyasını dəyişib”, - deyə polisin məlumatında deyilir.

Uşağın anası sərxoş olub. Onun qanında 1,7 ppm spirt aşkarlanıb.

Zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması faktı ilə bağlı cinayət işi açılıb. Sürücü saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Uşağın anasına qarşı da cinayət işi başlanıb. Qadını 5 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4428
avatar

Oxşar yazılar