Xəzər dənizinə "akula" buraxan şəxs üzr istəyib.
Lent.az həmin şəxsin üzr videosunu təqdim edir:
***
1 avqust, saat 17:40
Xəzərə "akula" buraxdılar - VİDEO
Ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpək balığı buraxılması ilə bağlı sosial şəbəkələrdə video yayıldı. İnsanlar arasında təşvişə səbəb olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmadı.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, dənizə köpək balığı buraxan Elxan Osmanlı ilə müsahibəni təqdim edir:
- Elxan etdiyin hərəkət insanlar arasında təşvişə səbəb oldu? Ümumiyyətlə köpək balığının Xəzərə buraxılması üçün icazəni kimdən almısan?
- Bilirsiniz, bu hadisə keçən il baş verib. Balıq akvariuma sığışmadığı üçün onu öldürmədim, Xəzərə buraxdım. Onun dişləri yoxdur, adı Akula "Celenger"dir. Balaca balıqlarla qidalanır. İnsanı parçalayacaq gücə malik deyil. Çəkisi 50 kq olur. Balığın dənizə buraxılması üçün heç kimdən icazə almadım. Ən qorxulu canlı ikiayaqlı insandır. Məncə insanlar özlərini ikiayaqlı köpək balıqlarından qorusunlar. Bəlkə də o çoxdan ölüb.
- Belə çıxır ki, siz akvariumda böyütdüyünüz bütün köpək balıqlarını bir-bir Xəzərə buraxacaqsınız?
- Xeyir, mən onu öldürmək istəmədiyim üçün dənizə buraxdım, insanlar üçün təhlükəsi yoxdur.
Elxan Osmanlı sözügedən balıqları pandemiyadan əvvəl Malayziyadan satış məqsədilə gətirdiyini deyir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə əlaqə saxladıq. Məlum video ilə bağlı araşdırmalara başlanıldığını, nəticəsi barədə ictimaiyyəti məlumatlandıracaqlarını bildirdilər.