Xankəndidə partlayış oldu - VİDEO  - YENİLƏNİB
25 avqust 2022 15:37 (UTC +04:00)

Xankəndidə partlayış oldu - VİDEO - YENİLƏNİB

Xankəndidə baş verən partlayışla bağlı təfərrüatlar məlum olub.

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, partlayış Xankəndi şəhərinin Tiqran Mets küçəsi 20 ünvanında yerləşən oksigen avadanlığı sexində baş verib. 

Məlumata görə, əvvəlcə sexdə yanğın olub. Yanğın nəticəsində yüksək təzyiqli silindrlər partlayıb.

Yanğınsöndürənlər qismən təcrid işləri keçiriblər.

***

Saat: 14:31

Bu gün Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərində partlayış olub.

Lent.az xəbər verir ki, bu barədə görüntülər ermənilərə məxsus telegram kanallarında paylaşılıb.

Məlumata görə, Xankəndi şəhərindəki evlərdən birində qaz balonu partlayıb. Nəticədə güclü yanğın olub.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.

Xankəndidə partlayış

Xankəndidə partlayış

Xankəndidə partlayış

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6411
avatar

Mehman Nəbiyev

Oxşar yazılar