Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov
24 mart 2021 18:01 (UTC +04:00)

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov

Türkmənistan prezidenti yeni mahnı yazdı - VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov nəvəsi ilə birlikdə yeni mahnı yazıb.

Lent.az-ın Türkmənistan mediasına istinadla verdiyi xəbərə görə, mahnı “Mənim ağ şəhərim – Aşqabad” adlanır. 

Şeiri Türkmənistan lideri özü yazıb. Onun nəvəsi Kərim Berdımuhəmmədov musiqinin müəllifidir. 

Mahnı Aşqabad adlı at balasının anadan olması ilə əlaqədar yazılıb. 

Bundan əvvəl Berdımuhammədov dəfələrlə vətəndaşlarını özünün bəstələdiyi mahnı ilə sevindirmişdi. O, mahnını 3 dildə - türkmən, ingilis və alman dilində ifa edib. "Xəyal" adlı bəstənin musiqisini də dövlət başçısının nəvəsi Kərimqulu yazmışdı. 

Berdımuhammədov inşaatçılar üçün gitara ilə bir mahnı da oxuyub. Nəvəsi ilə birlikdə isə bir rep mahnısı oxuyub..


 

Türkmənistan prezidenti yeni mahnı yazdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5568
avatar

Oxşar yazılar